05 aprel 2024 12:16
521

Səbinə Xasayeva Xocəsəndə vətəndaşları qəbul edib - FOTO

Milli Məclisin deputatı Səbinə Xasayeva Binəqədi  rayonun Xocəsən bələdiyyəsinin inzibatı binasında  bir qrup vətəndaşı   qəbul edərək  onların problemlərini dinləyib.

“İki sahil” xəbər verir ki, qəbula gələnlər qəsəbədə  kanalizasiya şəbəkəsinin  yenidən qurulmasına və yeni yaşayış massivində kanalizasiya xətlərinin əsas xəttə birləşdirilməsinə, Xocəsən, Sulutəpə qəsəbələrində və Çiçək yaşayış massivində məhəllədaxili yolların asfaltlaşdırılmasının və ışıqlandırılmasının başa çatdirilmasına, Çiçək yaşayış massivinə kanalizasiya və su xətlərinin çəkilməsinə, qəsəbənin ayrı-ayrı yaşayış məhəllələrində  elektrik enerjisi təminatında yaranan fasilələrin aradan qaldirılmasına,elektrik enerjisi gərginliyinin tez-tez dəyişməsinin qarşısının alınması üçün yeni trasformatorların quraşdırılmasına,  işə qəbul olunmalarına, şəxsi problemlərin həll edilməsi üçün  maddi yardım verilməsinə, vətəndaşları narahat edən  bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasına köməklik göstərilməsini xahiş ediblər.  

Müvafiq qurumlara  təqdim edilmək məqsədilə     vətəndaşların müraciətləri millət vəkili Səbinə Xasayeva tərəfindən nəzarətə götürülüb.

Qəbulda iştirak edənlər  göstərilən diqqətə, səmimiyətə görə  minnətdarlıqlarını bildir­di­lər, qaldırılan məsələlərin tezliklə  həll olunacağına əminliklərini bildirdilər.

Qəbulda Binəqədi rayon icra hakimiyyəti  başçisinin Xocəsən qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsini müvəqqəti icra edən  Ramiz Həsənzadə və Binəqədi rayon  Xocəsən  bələdiyyəsinin sədri Nigar Məmmədova iştirak ediblər.