Ekologiya və Təbii Sərvətlər Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyi ilə ("Azərkosmos") birgə tədbirlər planı hazırlayır.
“İki sahil” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva “İqlim dəyişikliyinə kosmosdan baxış” tədbirində deyib.
Onun sözlərinə görə, bu gün peyk məlumatları iqlim dəyişmələri, ətraf mühitin çirklənməsi, daşqınların proqnozlaşdırılmasında önəmli informasiya mənbəyinə çevrilib:
""Azərkosmos"la tədbirlər proqram hazırlanır. "Azərkosmos"la proqram çərçivəsində çox sıx əməkdaşlığımızı davam etdirəcəyik. Bu gün peyk məlumatları əvəzsiz bir informasiya mənbəyinə çevrilib. Bu məlumatların xüsusilə iqlim dəyişmələri, ətraf mühitin çirklənməsi, daşqınların proqnozlaşdırılması, meşə yanğınlarının izlənilməsi, toz fırtınalarının mənbələrinin müəyyən olunması və proqnozların verilməsi sahəsində mühüm rolu var. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) Azərbaycan pavilyonunda "Azərkosmos"un təmsil etdiyi guşə çox böyük maraq doğurdu. Həmçinin Azərbaycanın peyk ölkəsi olduğu böyük rəğbətlə qarşılandı. Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) da bu sahə öz layiqli yerini tutacaq".
U.Tağıyeva həmçinin bildirib ki, COP-un əsas mövzulardan biri də su ehtiyatlarının vəziyyəti ilə bağlıdır:
"Planetimiz su qıtlığı ilə üzləşir və biz də bu platformada "Azərkosmos"la birgə tədbirlərin keçirilməsində çox maraqlıyıq. Dünyanın qapalı su hövzələrində olan vəziyyət, gözlənilən risklər əsas mövzulardan biri kimi müəyyən olunub və şübhəsiz ki, "Azərkosmos"la bu sahədə də çox sıx əməkdaşlıq edəcəyik”.
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub
Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalanıb