İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzinin tələbələri Sumqayıt Kimya Sənaye Parkının rezidenti STP Şirkətlər Qrupunun həyata keçirdiyi "Sabahın Gücü" İnkişaf Proqramına cəlb ediliblər.
“İki sahil” xəbər verir ki, seçim prosesindən uğurla keçərək "Sabahın Gücü" İnkişaf Proqramında iştirak etmək hüquqi qazanmış 55 nəfər təcrübəçidən 20 nəfəri İZİA-nın nəzdində Peşə Təhsil Mərkəzinin Torna və freezer dəzgahların operatoru və Proqramla idarə olunan dəzgahların operatoru ixtisaslarının tələbələridir.
İnkişaf proqramının məqsədi tələbələrin bilik və bacarıqlarının artırılması, praktiki təcrübələrə cəlb olunması, şəxsi inkişafın təmin edilməsi, səriştələrin formalaşdırılması və təkmilləşdirilməsidir. Proqramın icrası müddətində tələbələr qida, nəqliyyat və digər zəruri dəstəklərlə təmin olunacaqlar. Proqram 6 aylıq dövrü əhatə edir və proqramı uğurla başa vuran təcrübəçilərə sonda sertifikatlar təqdim ediləcək.
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub
Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalanıb