07 aprel 2024 13:21
484

Şamaxıda 10 odlu silah polisə könüllü təhvil verilib

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi məqsədilə profilaktik tədbirlər keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan “İki sahil”ə verilən məlumata görə, keçirilmiş tədbirlərlə rayon sakinləri müvafiq sənədləri olmayan 10 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.