08 aprel 2024 12:55
544

Hicran Hüseynova Sumqayıtda vətəndaşları qəbul edib - FOTO

Aprelin 8-də 41 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı, Milli Məclisin komitə sədri Hicran Hüseynova Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasında seçicilərlə növbəti dəfə vətəndaş qəbulu keçirib, onların müraciətlərini dinləyib.

“İki sahil” xəbər verir ki, Milli Məclisin deputatı Hicran Hüseynova vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, müharibə əlillərinin, veteranların, hərbi qulluqçuların problemləri ilə maraqlanıb. Vətəndaşlar əsasən ailə-məişət, işlə təminat, əmək təqaüdləri, sosial məsələlərlə, bağlı müraciət ediblər.

Qeyd edək ki, görüşdə seçici müraciətlərində əksini tapan bəzi məsələlər yerində həll edilib. Digər bir qism müraciətlərin araşdırılması üçün aidiyyəti orqanlara sorğular göndərilib.

***

Vətəndaşların qayğısına qalmaq həmçinin şəhid ailələrinə və qazilərə, müharibə iştirakçılarına, aztəminatlı ailələrə qayğı ilə yanaşmaq, lazımi maddi və mənəvi dəstəyi göstərmək dövlətimizin sosial siyasətinin mühüm tərkib hissəsidir.

Bu məqsədlə bu gün Milli Məclisin deputatı Hicran xanım Hüseynovanın təşəəbbüsüilə vətəndaş qəbulu zamanı sosial yardımla bağlı müraciət edən aztəminatlı ailələrə qarşıdan gələn Ramazan bayramı münasibəti ilə bayram süfrəsi üçün ərzaq yardımı edildi.