08 aprel 2024 13:37
565

Paytaxtda saxlanılan 3 narkokuryerdən 18 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Bakı şəhərində polis əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Cavid Məmmədov, Almas Əflan və Əziz Məhərrəmov saxlanılıblar.

Bu barədə “İki sahil”ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, C.Məmmədovda 15 kiloqramdan çox marixuana aşkar edilib. A.Əflan və Ə.Məhərrəmovun üzərilərinə və ikincinin avtomobilinə baxış zamanı isə 3 kiloqrama yaxın marixuana olduğu müəyyənləşdirilib. Onların hər üçü şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib. Onların daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.