08 aprel 2024 15:51
587

Ötən il ümumilikdə 45 nəzarət tədbiri həyata keçirilib - Vüqar Gülməmmədov

“2023-cü ildə Hesablama Palatasının analitik fəaliyyəti 3 milyard 623,3 milyon manat vəsaiti əhatə edib”.

“İki sahil” xəbər verir ki, bu sözləri Hesablama Palatasının 2023-cü ildə görülən işləri və qarşıda duran hədəflərinə dair mətbuat konfransında qurumun sədri Vüqar Gülməmmədov deyib.

Palata sədri bildirib ki, ötən il ümumilikdə 45 nəzarət tədbiri keçirilib: "Ötən il 4 anatilik fəaliyyət həyata keçirilib, bunlardan 3-ü başa çatdırılıb. Aşkar olunmuş nöqsanların ümumi məbləği 1 milyard 971,9 milyon manat təşkil edib. Büdcəyə dəymiş ziyan 103,2 milyon manat müəyyən olunub".

“Cari ildə Bakı Metropolitenində büdcədən kənar fondlarda dövlət borcunun auditini həyata keçirməyi planlaşdırırıq. Cari ildə 45 audit həyata keçirməyi planlaşdırırlar”,-deyə sədr əlavə edib.