08 aprel 2024 16:24
816

Sumqayıtda “Heydər Əliyev Məktəbi”nin davamı olaraq gənclərlə görüş keçirilib - FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatında “Heydər Əliyev Məktəbi”nin davamı olaraq gənclərlə növbəti görüş keçirilib. Görüşdə Milli Məclisin komitə sədri Hicran Hüseynova və Sumqayıt Dövlət Universitetinin fəal tələbələri iştirak ediblər.

“İki sahil” xəbər verir ki, ilk öncə Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Əvvəlcə Milli Məclisin deputatı Hicran Hüseynova “Ailə psixologiyası məktəbinin formalaşdırılması” mövzulu məruzəsini oxuyaraq, bildirib ki, ailə ənənələrin, keçmiş nəsillərin təcrübəsinin qoruyucusu və ötürücüsüdür. Fərd ailədə sosiallaşır, bəşəriyyətə uğurla xidmət etmək üçün zəruri olan keyfiyyətləri əldə edir, təbii fərdiyyətçiliyi aradan qaldırır, “başqaları üçün” yaşamağı öyrənir. Ümumiyyətlə, ailə dəyərlərinin qorunmasında cəmiyyətin və dövlətin bütün institutları aktiv və məsuliyyətli olmalıdır. Cəmiyyətin hər bir üzvü əməlilə ailələri narahat edən problemlərin həlli istiqamətində dövlətə yaxından köməklik etməlidir.

Tədbirin sonunda gənclər Hicran Hüseynovaya öz suallarını ünvanlayıblar.