Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu 2024-cü ilin 3 ayı ərzində kənd təsərrüfatı yönümlü 8 layihəni maliyyələşdirib.
Muxtar respublikanın İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən “İki sahil” xəbər verir ki, bildirilib ki, layihələrin maliyyələşdirilməsinə 189 min manat vəsait sərf olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.
Cari ilin 3 ayı ərzində qaytarılan kreditlərin həcmi 1,7 milyon manat olub ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 52 faiz çoxdur. 2024-cü ilin I rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çox - 290,2 min manat vaxtı keçmiş kredit vəsaitinin ödənilməsi təmin edilib.
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub
Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalanıb