Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar “Azərbaycan Hava Yolları” aviaşirkətinin aşağıdakı reysləri təhlükəsizlik məqsədilə və bəzi ölkələrin hava məkanının qapalı olması səbəbindən gecikir.
Bu barədə “İki sahil"ə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, “Azərbaycan Hava Yolları” aviaşirkətinin İslamabad-Bakı (J2 5144); Dammam-Bakı (J2 8210); Dehli-Bakı (J2 058); Dubay-Bakı (J2 016) reysləri təhlükəsizlik məqsədilə və bəzi ölkələrin hava məkanının qapalı olması səbəbindən gecikir.
Əlavə suallar yarandıqda, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub
Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalanıb