Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AZQAC) ilə əməkdaşlıq çərçivəsində aprelin 15-də İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzində Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar maarifləndirmə tədbiri keçirilib.

“İki sahil” xəbər verir ki, qonaqları salamlayan Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov təhsil müəssisəsinin fəaliyyət istiqamətlərindən danışıb, həmçinin sağlamlıq hüququnun təmin edilməsinin və sağlam həyat tərzinin təbliğ olunmasının əhəmiyyətini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sağlamlıq proqramının eksperti, tibb elmleri üzrə fəlsəfə doktoru Mətanət Qaraxanova sağlamlığın qorunması, düzgün qidalanma, sağlam həyat tərzi ilə bağlı, eləcə də AZQAC-ın həyata keçirdiyi tədbirlər haqqında iştirakçılara ətraflı məlumat verib.
İnteraktiv şəkildə keçirilən tədbir çərçivəsində tələbələri maraqlandıran suallar cavablandırılıb.
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub
Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalanıb