22 aprel 2024 13:58
424

Maslyakov “KVN”-ni tərk edib? - FOTO

Aleksandr Maslyakovun oğlu atasının "Şən və Hazırcavablar Klubları"nın (KVN) aparıcısı vəzifəsindən istefa verməsi ilə bağlı məlumatları təkzib etdi.

“İki sahil” xəbər verir ki, bu barədə oğul Maslyakov TASS-a deyib. “Bu məlumat həqiqətə uyğun deyil”- deyə Maslyakov bildirib.

O əlavə edib ki, KVN-də aparıcılıq edib-etməyəcəyinə yalnız Maslyakov özü qərar verə bilər.