30 iyun 2026 21:55
87

İran Hindistanla əməkdaşlığı genişləndirmək istəyir

Məsuliyyətli ölkələrin əməkdaşlığı bəzi aktorların dağıdıcı səylərinin iflasına gətirib çıxaracaq.

“İki sahil” ISNA-ya istinadla xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığında deyib.

"İki ölkə arasındakı münasibətlər qədim, tarixi təmələ və qarşılıqlı hörmətə əsaslanır", - o bildirib və əlavə edib ki, ikitərəfli münasibətlərin inkişafının yeni yollarını müəyyən etmək və reallaşdırmaq üçün daha çox koordinasiya yaratmaq, mövcud imkanlardan istifadə etmək zəruridir.

N. Modi ABŞ-nin fevralın 28-də İrana hücumu nəticəsində İslam Respublikasının sabiq Ali rəhbəri Əli Xameneinin ölümü ilə bağlı başsağlığı verib.

"İnqilabın həlak olmuş lideri ilə vida mərasimində iştirak etmək üçün Hindistandan xüsusi nümayəndə heyəti göndəriləcək", - Modi bildirib.

Onun sözlərinə görə, Yaxın Şərqdə təhlükəsizlik təkcə region ölkələri üçün deyil, həm də qlobal sabitlik baxımından fundamental əhəmiyyət kəsb edir.