Avropa İttifaqında yeraltı qaz anbarlarının doluluq səviyyəsi 62%-i ötüb.
Bu barədə “İki sahil” Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasına (Gas Infrastructure Europe, GIE) istinadən xəbər verir.
Məlumata görə, Avropada qaz anbarlarının doluluq səviyyəsi 62,12%-ə çatıb, bu da son beş ilin bu tarixə olan orta göstəricidən 17,67 faiz bənd çoxdur.
Qeyd olunub ki, hazırda anbarlarda olan qazın həcmi 68 mlrd. kubmetr təşkil edir.
Təbii inhisar subyektlərinin nümayəndələri üçün maarifləndirici seminar keçirilib
ADY rəhbərliyi Rusiya və İranla dəmir yolu sahəsində əməkdaşlığın inkişafını müzakirə edib