Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə yaratdığı "SOCAR Sigorta ve Reasürans Brokerliği" Anonim Şirkətini reyestrinə daxil edib.
"İki sahil” bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bununla da, Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən xarici brokerlərin sayı 87-yə çatıb. Xatırladaq ki, bundan əvvəl fevralda Gürcüstanın "Maqnus" sığorta şirkətinin yerli törəməsi "Maqnus Sığorta Brokeri" MMC sığorta brokerlərinin reyestrinə daxil edilmişdi.
Xatırladaq ki, "SOCAR Sigorta ve Reasürans Brokerliği" 2022-ci ildən sığorta və təkrarsığorta sahəsində fəaliyyət göstərir. Şirkətin baş ofisi İstanbul şəhəri, Sarıyer, Ayazağa mahallesi, Azərbaycan caddesi, Vadistanbul, 1D ünvanında (SOCAR Plaza) yerləşir.
Təbii inhisar subyektlərinin nümayəndələri üçün maarifləndirici seminar keçirilib
ADY rəhbərliyi Rusiya və İranla dəmir yolu sahəsində əməkdaşlığın inkişafını müzakirə edib