01 may 2024 14:02
879

Türkiyədə təbii qazın tarifində dəyişiklik edilmədi

Türkiyənin Neft Boru Kəməri Nəqliyyatı Anonim Şirkəti (BOTAŞ) may ayında təbii qaz qiymətində heç bir dəyişiklik edilməyəcəyini açıqlayıb.

“İki sahil” xəbər verir ki, BOTAŞ-dan verilən məlumatda bildirilir:

Təşkilatımızın təbii qazın topdansatış qiymətləri, bazar şərtləri, ölkənin iqtisadi şəraiti, bazar qiymətlərinin sabitliyi, Enerji Bazarını Tənzimləmə Qurumunun tariflərlə bağlı qərarları və xərc elementi olan alış-əməliyyat xərclərinin dəyişməsi nəzərə alınmaqla mümkün uyğun səviyyədə müəyyən edilir və istehlakçılara təklif olunur. Bu çərçivədə, 1 may 2024-cü il tarixinə qüvvədə olan təbii qazın topdansatış qiymətlərində BOTAŞ tərəfindən heç bir dəyişiklik edilməyib."

Qeyd edək ki, BOTAŞ Türkiyədə yerləşən, dövlətə məxsus xam neft və təbii qaz boru kəmərləri və ticarət şirkətidir. 1974-cü ildə TPAO-nun törəmə müəssisəsi kimi qurulub. 1987-ci ildən BOTAŞ həm də təbii qazın nəqli və ticarəti fəaliyyətlərində iştirak edib. 1995-ci ildə Dövlət Təsərrüfat Müəssisəsi statusunu qazanıb. BOTAŞ TANAP layihəsində 30% tərəfdaşdır.

Orxan Vahidoğlu, "İki sahil"