Cəlilabad rayonunda çiyələyin qiyməti 4 dəfəyə yaxın ucuzlaşıb.
“İki sahil” yerli fermerlərin verdiyi məlumata istinadən xəbər verir ki, məhsulun ilkin yetişmə dövründə kiloqramı 5-7 manat arası olan çiyələk hazırda 1 manat 50 qəpiyə satılır.
Bunun səbəbi məhsulun bol olması və əkin sahələrinin genişlənməsi ilə əlaqələndirilir.
Qeyd edək ki, bu il Cəlilabad rayonunda 560 hektar sahədə çiyələk əkini aparılıb. Bu rəqəm də ötən ilki göstəricidən 55 hektar çoxdur.
Əkbər Qoşalı Başqurdistan Yazıçılar Birliyinin ən yüksək medalı ilə təltif olunub - FOTO
Azərbaycandan bir qrup qazi və onların ailə üzvü Ankara Hava Muzeyi Baş İdarəsində olub