19 sentyabr 2026 21:58
98

Parklanma məntəqələri fəaliyyətini müvəqqəti olaraq dayandırır

Bakıda keçiriləcək “Formula-1 Azərbaycan Qran-Prisi 2026” ilə əlaqədar 20-29 sentyabr tarixlərində şəhərin mərkəzi küçələrində yerləşən müəyyən parklanma məntəqələri fəaliyyətini müvəqqəti olaraq dayandırır.

“İki sahil” xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, sürücülərdən nəqliyyat vasitələrini park edərkən ərazilərdəki parklanma nişanlarına mütləq qaydada diqqət yetirmək və məhdudiyyət tətbiq olunan yerlərdə saxlamamaq xahiş olunur.