Bu gün Bakı metrosunda qorxulu anlar yaşanıb.
“İki sahil” xəbər verir ki, bir nəfər metronun “Gənclik” stansiyasında qatar yoluna düşüb.
Sözügedən şəxs digər şəxslərin müdaxiləsindən sonra platformaya çıxarılıb.
“Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumatı təsdiq edib.
“Gənc sərnişin stansiya yoluna düşüb. Dərhal yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti çağırılıb. İlkin tibbi yardımdan sonra sərnişin öz yoluna davam edib”, - qurum rəsmisi bildirib. (Oxu.Az)
Əkbər Qoşalı Başqurdistan Yazıçılar Birliyinin ən yüksək medalı ilə təltif olunub - FOTO
Azərbaycandan bir qrup qazi və onların ailə üzvü Ankara Hava Muzeyi Baş İdarəsində olub