Ərzurum (Türkiyə) və Şuşa şəhərlərinin 2025-2026-cı illər üçün İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) turizm paytaxtları seçilməsi turizm sahəsində regional əməkdaşlığın inkişafına töhfə verəcək.
“İki sahil” xəbər verir ki, bunu Bakıda İƏT-in Baş katibi Xusrav Noziri jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, turizm sahəsində əməkdaşlıq fonunda hər il İƏT-in turizm paytaxtlarının elan edilməsi ilə bağlı yeni təşəbbüsü var: "Bu il Özbəkistanın Şəhrisəbz şəhəri bu adı daşıyır, lakin 2025-ci və 2026-cı illərdə müvafiq olaraq Türkiyədən Ərzurum və Azərbaycandan Şuşa şəhərləri İƏT regionunun rəsmi turizm paytaxtı statusunu alacaqlar. 2026-cı il turizm sahəsində regional əməkdaşlığın inkişafına daha da töhfə verəcək".
ADY rəhbərliyi Rusiya və İranla dəmir yolu sahəsində əməkdaşlığın inkişafını müzakirə edib
Test kitləri və tibbi təyinatlı plastik qablaşdırma məhsulları istehsalı müəssisəsi yaradılacaq