Azərbaycan və Özbəkistan arasında ikitərəfli biznes əlaqələrinin yeni formatı müzakirə edilib.
“İki sahil” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Üçüncü Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən "Uğura doğru birgə yol: Özbəkistan və Azərbaycan" panel sessiyasında ölkələrimiz arasında strateji tərəfdaşlığın perspektivləri, ikitərəfli biznes əlaqələrinin yeni formatı və investisiyaların təşviqinin qarşılıqlı dəstəklənməsi təşəbbüsləri barədə danışdıq", - M. Cabbarov qeyd edib.
Topdansatış internet xidmətləri və ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulma şərtləri müzakirə edilib
Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Göyçayda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib