İşğaldan azad olunmuş ərazilərdə tikinti ilə məşğul olan sahibkarlar, o cümlədən tikinti materiallarının istehsalı ilə məşğul olan sahibkarlıq subyektləri dövriyyə vəsaitlər üçün müvəkkil banklardan 2 ildən daha uzun müddətə kredit cəlb edə biləcəklər.
“İki sahil” xəbər verir ki, bunu İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) kredit zəmanət departamentinin direktoru Elşən Kərimov deyib.
Digər güzəşt isə subsidiyalar ilə bağlıdır: “İKZF sahibkarlıq subyektinin əvəzindən müvəkkil banka 8% bəndi həcmində subsidiya ödəmək səlahiyyətinə malikdir. Dəyişikliklərdən sonra bu kateqoriyaya aid olan sahibkarlarlıq subyektlərinə 10% bəndi həcmində subsidiya vermək imkanı olacaq”.
ADY rəhbərliyi Rusiya və İranla dəmir yolu sahəsində əməkdaşlığın inkişafını müzakirə edib
Test kitləri və tibbi təyinatlı plastik qablaşdırma məhsulları istehsalı müəssisəsi yaradılacaq
Azərbaycan nəqliyyat infrastrukturuna yatırılan investisiyanın həcminə görə 32 ölkə arasında birinci olub