Asiya İnkişaf Bankı (ADB) Gürcüstanın Cənubi Qafqazın regional mərkəzi kimi inkişafını dəstəkləyir.
“İki sahil” xəbər verir ki, bu barədə bankın prezidenti Masatsuqu Asakava bildirib.
O, Gürcüstanın Qərblə Şərq arasında unikal mövqeyə malik olduğunu, qonşu dövlətlərlə, Orta Dəhliz də daxil olmaqla əlaqələrin ölkə üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
“Bizim tərəfdaşlıq strategiyamız Gürcüstanın Milli İnkişaf Strategiyasının üç əsas prioritetini – iqtisadi inkişaf, sosial siyasət və insan kapitalının inkişafı dəstəkləyir. Gürcüstanın yerləşdiyi yeri nəzərə alaraq, biz regional əməkdaşlığı dəstəkləyirik”, - deyə Akasava bildirib.
Test kitləri və tibbi təyinatlı plastik qablaşdırma məhsulları istehsalı müəssisəsi yaradılacaq
Azərbaycan nəqliyyat infrastrukturuna yatırılan investisiyanın həcminə görə 32 ölkə arasında birinci olub