Bu gün Azərbaycan enerji keçidi üzərində fəal işləyir, o, ev sahibliyi edəcəyi COP29-a hazırlaşır, bununla yanaşı ölkənin öz enerji keçid proqramı var.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov Gürcüstanın paytaxtında Asiya İnkişaf Bankının (ADB) 57-ci illik toplantısı çərçivəsində keçirilən “Transformasiya üçün iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində nəticələrin əldə edilməsi” adlı seminarda bildirib.
Onun sözlərinə görə, bu proqram 2030-cu ilə qədər istehlak olunan enerjinin 30 %-ni bərpa olunan enerji mənbələrindən istehsal etmək məqsədi daşıyır.
Azərbaycan nəqliyyat infrastrukturuna yatırılan investisiyanın həcminə görə 32 ölkə arasında birinci olub
Zərgərlik məmulatlarının satışı sahəsində fəaliyyət göstərən sahibkarlarla növbəti maarifləndirici görüş keçirilib