Xalçaçılığın milli iqtisadiyyatda mövqeyinin möhkəmlənməsi dövlət tərəfindən daim dəstəklənir.
“İki sahil” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə hesabında yazıb.
“Mədəni irsimiz olan xalçaçılıq sənətinin nümunələri zəngin məzmunu ilə xalqımızın tarixini, mənəvi dəyərlərini və ənənələrini əks etdirir. Xalçaçı Günü münasibətilə bu dəyərli sənət sahiblərinə təbriklərimizi çatdırır, firavanlıq və işlərində uğurlar arzulayırıq”, - paylaşımda qeyd edilb.
Bu gün xalçaçılarımız peşə bayramlarını qeyd edirlər. Mədəni irsimiz olan #xalçaçılıq sənətinin nümunələri zəngin məzmunu ilə xalqımızın tarixini, mənəvi dəyərlərini və ənənələrini əks etdirir. Xalçaçılığın milli #iqtisadiyyat-da mövqeyinin möhkəmlənməsi dövlət tərəfindən daim… pic.twitter.com/BMPUTwYkOQ
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 5, 2024
Azərbaycan nəqliyyat infrastrukturuna yatırılan investisiyanın həcminə görə 32 ölkə arasında birinci olub
Zərgərlik məmulatlarının satışı sahəsində fəaliyyət göstərən sahibkarlarla növbəti maarifləndirici görüş keçirilib