Ukraynanın İrpen şəhərində müharibədən ciddi ziyan görmüş poliklinikanın Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə əsaslı təmirinin bu ilin sonuna kimi başa çatdırılması planlaşdırılır.
Bu barədə İrpen şəhər meriyasından məlumat verilib.
Məlumata görə, hazırda binanın yenidən qurulmasının ikinci mərhələsi davam edir. Söhbət sığınacağın inşasından, yanğın xəbərdarlığı və havalandırma sistemlərinin qurulmasından gedir.
İrpendəki klinikanın əsaslı təmirinin birinci mərhələsi başa çatıb. SOCAR-ın Ukraynadakı nümayəndəliyinin maliyyə dəstəyi ilə həyata keçirilən təmir işlərinə 60 milyon qrivna (1,5 milyon dollardan artıq) vəsait ayrılıb.
İrpen şəhərinin meri Oleksandr Markuşin daha öncə AZƏRTAC-a açıqlamasında bildirib ki, Azərbaycan dövləti daha dörd layihəyə dəstək verəcək. Bunlar Mərkəzi Mədəniyyət evinin, tam dağılan İrpen Uşaq-Gənclər İdman Məktəbinin, İncəsənət Mərkəzinin və doqquzmərtəbəli yaşayış binasının yenidən qurulması və bərpasıdır.
AZƏRTAC
Ərdoğan: Azərbaycan Türk dövlətlərinin ortaq məqsədlərinin həyata keçirilməsinə mühüm töhfə verir
TDT-nin müasir mərhələdə gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır