Azərbaycan Mərkəzi Bankında (AMB) banklarla maliyyə bazarlarındakı son meyllər müzakirə edilib.
“İki sahil” xəbər verir ki, bu barədə AMB sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Azərbaycan Banklar Assosiasiyasının rəyasət heyətinə daxil olan bankların rəhbər şəxsləri ilə görüşdük. Görüşdə cari ilin ilk rübünün nəticələrini və sektorun gündəmində olan mühüm məsələləri nəzərdən keçirdik", deyə qeyd edib..
T. Kazımov bildirib ki, həmçinin maktoriqtisadi amillər, banklararası bazarda və ümumilikdə sektorda mövcud olan meyillər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan nəqliyyat infrastrukturuna yatırılan investisiyanın həcminə görə 32 ölkə arasında birinci olub
Zərgərlik məmulatlarının satışı sahəsində fəaliyyət göstərən sahibkarlarla növbəti maarifləndirici görüş keçirilib