Xətai rayonunda yerləşən dəmir yolu ərazisində bir nəfər şəxsə qarşı quldurluq əməli törədilməsi barədə polisə məlumat daxil olub.
"İki sahil" DİN-ə istinadən xəbər verir ki, araşdırmalarla həmin şəxsin döyülməsi, kəsici alətlə xəsarət yetirilərək mobil telefonunun talanması, daha sonra telefonundakı tətbiq vasitəsilə 367 manat dəyərində alış-veriş edilməsi məlum olub.
Ona xəstəxanada ilkin tibbi yardım göstərilib.
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən Nihad Abasov və Namiq Sadiqi müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Təhsil Tələbə Krediti Fondu ilə “Loqos” Psixoloji və Nitq Mərkəzi arasında Memorandum imzalanıb
Ağır vəziyyətdə Reanimasiya şöbəsinə daxil olan körpə həkimlərin dəstəyi ilə həyata qaytarılıb
Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edildi