18 sentyabr 2026 14:02
120

Səbinə Xasayeva 28 May qəsəbəsində seçicilərlə görüş keçirib

Milli Məclisin  deputatı Səbinə Xasayeva  Binəqədi rayonunun 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasında seçicilərlə görüş keçirib.

“İki sahil” xəbər verir ki, görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.

Görüşdə  Binəqədi rayon icra hakimiyyəti  başçısının 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Araz Şiralıyev iştirak edib.