Dörd aylıq proqram nazirliyin müxtəlif struktur bölmələrinin fəaliyyət istiqamətlərinə və real iş ehtiyaclarına uyğunlaşdırılacaq.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasının icrasına töhfə olaraq, AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzi (MSİM) Elm və Təhsil Nazirliyinin (ETN) əməkdaşları üçün süni intellekt savadlılığı üzrə davamlı təlimlərə başlayıb.
Dörd ay ərzində və ayda iki dəfə keçirilməsi nəzərdə tutulmuş təlimlər nazirliyin müxtəlif struktur bölmələrinin fəaliyyət istiqamətləri, gündəlik iş prosesləri və ehtiyacları əsasında hazırlanacaq. Bu yanaşma əməkdaşların yalnız yeni alətlərlə tanış olmasını deyil, süni intellektdən harada, necə və hansı məhdudiyyətlər daxilində istifadə etməli olduqlarını anlamalarını hədəfləyir. Praktiki tapşırıqlar və real iş ssenariləri əldə olunan biliklərin gündəlik fəaliyyətə tətbiqinə imkan yaradacaq.
Təlimlərdə effektiv sorğuların hazırlanması, məlumatların təhlili və ümumiləşdirilməsi, sənədlərlə iş, təkrarlanan proseslərin optimallaşdırılması, məlumat təhlükəsizliyi, etik prinsiplər və fərdi məlumatların qorunması kimi istiqamətlərə diqqət yetiriləcək. Mövzular hər bir departamentin fəaliyyət sahəsinə uyğun müəyyən ediləcək.
Təşəbbüs Milli Süni İntellekt Strategiyasının süni intellekt üzrə istedad və bacarıqların təkmilləşdirilməsi, eləcə də dövlət qurumlarında süni intellekt və məlumatların idarə edilməsi üzrə kadr potensialının gücləndirilməsi istiqamətlərini dəstəkləyir.
Maqdalena Qrono: Aİ Qarabağda sülhün təmin olunmasına praktiki dəstək verməyə hazırdır
Zəif şagirdlərin məktəbdən uzaqlaşdırılması problemi həll etmir - Emin Əmrullayev