Birinci Qarabağ müharibəsi zamanı itkin düşən və 30 ildən sonra meyitinin qalıqları tapılan Gülalı Dadaşov dəfn edilib.
“İki sahil” xəbər verir ki, onun meyitinin qalıqları Bakının Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.
***
Birinci Qarabağ müharibəsi zamanı itkin düşən və 30 ildən sonra meyitinin qalıqları tapılan Gülalı Dadaşovla vida mərasimi keçirilir.
“İki sahil” xəbər verir ki, onun meyitinin qalıqları bu gün ailəsinə təhvil verilib.
Şəhidin ailəsinin Bakı şəhərində yerləşən evində keçirilən vida mərasimində ictimaiyyət nümayəndələri, ailə üzvləri və yaxınları iştirak edirlər.
Gülalı Dadaşovun meyitinin qalıqları vida mərasimi başa çatdıqdan sonra Bakının Nizami rayonun Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunacaq.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Gülalı Dadaşov 1994-cü ildə Xaçmaz rayonunun Sibiroba kəndindən Qarabağda gedən döyüşlərdə iştirak etmək üçün yollanıb. O, Füzuli rayonunun Əbdürrəhmanlı kəndində itkin düşüb. Onun nəşinin Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn edildiyi məlum olub.
Ağır vəziyyətdə Reanimasiya şöbəsinə daxil olan körpə həkimlərin dəstəyi ilə həyata qaytarılıb
Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edildi
Ombudsman Səbinə Əliyeva Strasburqda İkinci Biznes və İnsan Hüquqları Forumunda iştirak edib