2030-cu ilə qədər qlobal tələbi ödəmək üçün daha 475 milyon rəsmi iş yerinə ehtiyac olacağı proqnozlaşdırılır.
“İki sahil” xəbər verir ki, bunu Gender bərabərliyi və ayrı-seçkiliklə mübarizə üzrə mütəxəssis Özge Berber-Agtaş 4-cü Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqu çərçivəsində Beynəlxalq Əmək Təşkilatının (BƏT) "Azərbaycanda qayğı işi: gender bərabərliyinin daha güclü olduğu iş dünyası naminə qayğı məzuniyyəti və xidmətinə sərmayə" mövzusunda qiymətləndirməsinin əsas nəticələri ilə bağlı çıxışı zamanı deyib.
O bildirib ki, 2018-ci ildə qayğı sahəsində qlobal işçi qüvvəsi (təhsil, səhiyyə və sosial iş sektorlarında işləyən bütün şəxslər) 249 milyon qadın və 132 milyon kişidən ibarət olub ki, bu da qlobal məşğulluğun 11,5 %-ni təşkil edib: "Qayğı iqtisadiyyatının işçi qüvvəsində ən böyük paya malik olan səhiyyə və təhsil işçiləri ümumi qlobal məşğulluğun 6,5 %-ni təşkil edir. Eyni zamanda 2030-cu ilədək 60 yaşdan yuxarı əhalinin payı 40 % artacaq və qayğı resipiyentlərinin sayı təqribən 2,3 milyarda çatacaq".
Ağır vəziyyətdə Reanimasiya şöbəsinə daxil olan körpə həkimlərin dəstəyi ilə həyata qaytarılıb
Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edildi
Ombudsman Səbinə Əliyeva Strasburqda İkinci Biznes və İnsan Hüquqları Forumunda iştirak edib