Sabiq baş nazir, professor Novruz Məmmədov Azərbaycan Dillər Universitetinin (ADU) Elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsindən azad edilib.
“İki sahil” xəbər verir ki, N.Məmmədov ötən ay işdən azad olunmaq üçün öz ərizəsi ilə universitetin rektoru Kamal Abdullaya müraciət edib.
ADU-nun mətbuat katibi Cavid Zeynallı faktı "Report"a açıqlamasında təsdiqləyib. O bildirib ki, hələ sözügedən vəzifəyə yeni təyinat olmayıb.
Qeyd edək ki, N.Məmmədov uzun illər Azərbaycan Prezidentinin Administrasiyasında şöbə müdiri vəzifəsində çalışıb. O, Azərbaycanın 10-cu Baş naziri olub.
Ağır vəziyyətdə Reanimasiya şöbəsinə daxil olan körpə həkimlərin dəstəyi ilə həyata qaytarılıb
Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edildi
Ombudsman Səbinə Əliyeva Strasburqda İkinci Biznes və İnsan Hüquqları Forumunda iştirak edib