Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə yetişdirməkdə şübhəli bilinən rayonun Kosalar kənd sakini Əli Nəsibov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "İki sahil"ə verilən məlumata görə, Ə. Nəsibovun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan xüsusi aqrotexniki qaydada qulluq etməklə dibçəklərdə yetişdirilmiş narkotik xassəli çətənə kolları aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Ombudsman Səbinə Əliyeva Strasburqda İkinci Biznes və İnsan Hüquqları Forumunda iştirak edib
Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 36 mənzil verilib
Kimya İnstitutunun alimləri infraqırmızı şüalanmaya həssas yeni materialların xüsusiyyətlərini tədqiq ediblər
Fövqəladə Hallar Nazirliyinin avtonəqliyyat vasitələri sürücülərinə müraciəti VİDEO