Cənubi Koreyanın paytaxtı Seulda keçirilən “Seoul International Travel Fair (SITF) - The Korea World Travel Fair (KOTFA)” beynəlxalq sərgisində Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı ilə Azərbaycanın turizm imkanları tanıdılır.
“İki sahil” xəbər verir ki, bu barədə DTA məlumat yayıb.
Bildirilib ki, mayın 12-dək davam edəcək sərgidə müxtəlif turizm məhsulları, o cümlədən ölkəmizin təbiət turizmi potensialı və mədəni irs nümunələri haqqında xarici turizm şirkətləri və sərgi ziyarətçilərinə məlumat verilir, milli şirniyyatların dequstasiyası keçirilir.
Azərbaycanın Koreyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov da milli stendi ziyarət edərək sərginin işi ilə tanış olub.
Həmçinin, sərgi çərçivəsində yerli turizm şirkətləri ilə Koreya turizm şirkətləri arasında B2B görüşlər keçirilir, mümkün əməkdaşlıq imkanları müzakirə olunur.
Yanvar-may aylarında paytaxtda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 faiz artıb
Dövlət torpaqlarının icarəsində rekord artım: Müqavilələrin sayı 12 min 900-ə çatıb
Dövlət balansındakı bəzi aktivlərin idarə olunmasına obyektiv çətinliklər mane olur - Əziz Mirzəyev