11 may 2024 15:51
467

“Chevrolet Cruse” 18 yaşlı qızın ölümünə səbəb oldu

Sumqayıtda 18 yaşlı qızı maşın vurub.

“İki sahil” xəbər verir ki, hadisə Nəriman Nərimanov küçəsində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Aydan Cabir qızı Əbilovanı “Chevrolet Cruse” marakalı avtomobil vurub.

Sürücü yaralını xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.