Azərbaycanda lizinq mexanizminin ekoloji təmiz nəqliyyat vasitələrinin maliyyələşdirilməsində tətbiqi vəziyyəti araşdırılacaq.
“İki sahil” xəbər verir ki, bu, ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsində əksini tapıb.
Qeyd edilib ki, araşdırmanın nəticələri üzrə müvafiq təkliflər hazırlanaraq Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasına təqdim ediləcək.
Layihə iyunun 1-dək Mərkəzi Bank (Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Beynəlxalq Bankı və "Kapital Bank" cəlb edilməklə) və İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmalıdır.
Yanvar-may aylarında paytaxtda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 faiz artıb
Dövlət torpaqlarının icarəsində rekord artım: Müqavilələrin sayı 12 min 900-ə çatıb
Dövlət balansındakı bəzi aktivlərin idarə olunmasına obyektiv çətinliklər mane olur - Əziz Mirzəyev