12 may 2024 01:38
536

Bakıda yol qəzasında 4 nəfər xəsarət alıb 

Bakının Nərimanov rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində sərnişinlər 2004-cü il təvəllüdlü İsayev Ömər Rövşən oğlu, 1989-cu il təvəllüdlü Heydərov Vəkil Adil oğlu, 1976-cı il təvəllüdlü Müzəffərov Elçin Abbasağa oğlu və 1978-ci il təvəllüdlü Müzəffərova Natavan Əyyüb qızı xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.