12 may 2024 23:27
812

Daşkəsəndə elektrik enerjisinin verilməsi bərpa olub - YENİLƏNİB

Daşkəsən ərazisində elektrik enerjisinin verilməsi bərpa olunub.

Güclü yağış səbəbindən elektrik enerjisinin verilməsində yaranmış texniki nasazlıq aradan qaldırılıb.

“Report”

***

Bölgədə müşahidə olunan yağıntılı hava şəraiti Daşkəsən rayonunda bəzi fəsadlar törədib.

Yağan güclü yağış səbəbindən Daşkəsənin bəzi ərazilərində elektrik enerjisinin verilməsi dayandırılıb.

Hazırda başqa fəsadların olub-olmadığı ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, güclü yağış nəticəsində Gəncə-Daşkəsən avtomobil yollunda nəqliyyat vasitələrinin hərəkətində qismən çətinlik yaranıb.

“Report”