13 may 2024 03:04
428

Bakıda yol qəzası olub, xəsarət alan var

Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü Babayev Vüqar Rüstəm oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.