13 may 2024 09:50
341

Qəzaya görə Yasamal rayonunda sıxlıq yaranıb

Bakı şəhəri Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən “İki sahil”ə bildirilib ki, qəza səbəbindən Ziya Bünyadov prospekti istiqamətində sıxlıq yaranıb. Mərkəzin əməkdaşları tərəfindən yol polisinə məlumat verilib. Sıxlığın qarşısını almaq üçün tədbirlər görülür.