13 may 2024 11:00
344

Bakıda 7200 manatlıq oğurluq olub

Nərimanov rayonu ərazisində yeni inşa olunan binaların birindən 7200 manat dəyərində inşaat materiallarının oğurlanması barədə polisə məlumat daxil olub.

"İki sahil" DİN-ə istinadən xəbər verir ki, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Samir Mirzəliyev və qardaşı Rahib müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.