Latviya Azərbaycanla kənd təsərrüfatı sahəsində bəzi biznes istiqamətlərini inkişaf etdirir.
“İki sahil” xəbər verir ki, bunu Latviyanın kənd təsərrüfatı nazirliyinin dövlət katibi Rayvis Kronberq Bakıda keçirilən Azərbaycan-Latviya Biznes Forumunda deyib.
O qeyd edib ki, müəssisələrin inkişafı süd və balıq məhsullarına aiddir: “Biz yeni memorandum imzalamaq istəyirik ki, bu memorandumda kənd təsərrüfatı sahəsində biznes və təhsil məsələlərində təcrübə mübadiləsi, biznes həllərinin işlənib hazırlanması baxımından əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur”.
Yanvar-may aylarında paytaxtda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 faiz artıb
Dövlət torpaqlarının icarəsində rekord artım: Müqavilələrin sayı 12 min 900-ə çatıb
Dövlət balansındakı bəzi aktivlərin idarə olunmasına obyektiv çətinliklər mane olur - Əziz Mirzəyev