13 may 2024 14:10
717

İmişlidə Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi başa çatıb- YENİLƏNİB/FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Siyavuş Eldar oğlu İsmayılovla İmişli rayonunun Şahverdili kəndində keçirilən vida mərasimi başa çatıb.

“İki sahil” xəbər verir ki, şəhidin nəşi Şahverdili kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, İmişli Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Siyavuş Eldar oğlu İsmayılovla İmişli rayonunun Şahverdili kəndində keçirilən vida mərasimi başa çatıb.

“İki sahil” xəbər verir ki, şəhidin nəşi dəfn olunmaq üçün Şahverdili kənd qəbiristanlığına aparılır.

***

Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Siyavuş Eldar oğlu İsmayılovun meyitinin qalıqları İmişli rayonuna gətirilib.

“İki sahil” xəbər verir ki, şəhidin nəşi rayonun Şahverdili kəndində ailəsinə təhvil verilib.

Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Siyavuş Eldar oğlu İsmayılov 1967-ci il noyabrın 1-də İmişli rayonunun Şahverdili kəndində anadan olub. O, 1994-cü ilin yanvarın 26-da Füzuli rayonunun Əbdürrəhmanlı kəndi ərazisində itkin düşüb.

S.İsmayılov Şahverdili kənd qəbiristanlığında dəfn olunacaq.