13 may 2024 17:40
552

Maaşlarla bağlı ŞAD XƏBƏR!

Böyük Britaniyada növbəti 12 ay üçün işəgötürənlərin maaş artımı planları dəyişməz qalır.

“İki sahil” xəbər verir ki, Chartered Personal və İnkişaf İnstitutunun (Chartered Institute of Personnel and Development (CIPD) bu gün dərc etdiyi məlumata görə, İngiltərədəki müəssisələr daha yüksək əmək haqlarını öz üzərlərinə götürməyə maraqlı deyillər.

Britaniyalı işəgötürənlər növbəti 12 ay ərzində əmək haqlarının 4 faiz artırmağı proqnozlaşdırırlar. 3 ay əvvəl aparılan sorğuda da növbəti 12 ayda maaş artımı da analoji tempdə olub. Məlumatda dövlət sektorunda gözləntilərin 3 faiz səviyyəsində qaldığı bildirilir.

İngiltərədə istehlak qiymətləri inflyasiyası mart ayında 3,2 faiz geriləyib və İngiltərə Bankı tənzimlənən enerji qiymətlərindəki enişdən sonra inflyasiyanın təxminən 2 faizə düşəcəyini gözləyir.

CIPD əmək bazarı üzrə iqtisadçısı James Cockett bildirib ki, işəgötürənlərin əmək haqqı artımı gözləntiləri pandemiyadan əvvəlki səviyyədən yüksək qalsa da, inflyasiya azaldıqca və əmək bazarı yavaşlamağa davam etdikcə, onların gələcək aylarda əmək haqqı artım planlarını dəyişdirəcəkləri gözlənilir.