Zaqatalada yol qəzası olub, ölən və xəsarət alanlar var.
“İki sahil” xəbər verir ki, Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral avtomobil yolunun rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ 21013” markalı minik avtomobili yol ayrıcında dayanan “Chevrolet Niva” markalı minik avtomobilinə çırpılıb. Zərbənin gücündən hər iki avtomobil ərazidə İkinci Dünya müharibəsi iştirakçılarının şərəfinə ucaldılan abidə kompleksinin giriş qapılarına çırpılıb.
“VAZ 21013” markalı avtomobildə olan 1993-cü il təvəllüdlü Kəlbəcər rayon sakini Vətən müharibəsi qazisi Samir Fəxrəddin oğlu Həsənov hadisə yerində ölüb.
“VAZ 21013” markalı avtomobildə olan digər iki nəfər, Zaqatala rayon sakinləri 1981-ci il təvəllüdlü Zaur Bəxtiyar oğlu Heydərov və 1987-ci il təvəllüdlü Ramil Ramiz oğlu Əliyev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri alaraq ilə Zaqatala rayon xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.