14 may 2024 11:12
403

DİN: Ötən gün 15 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 13-də ümumi çəkisi 15,4 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb.

Bu barədə "İki sahil"ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.