Hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə cəmi bir turizm şirkəti səfərlər təşkil edir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bundan əlavə www.yolumuzqarabaga.az portalı vasitəsilədə azad olunmuş ərazilərə səfərlər təşkil edilir: “Bu da həmin yerləri görmək istəyənlər üçün fürsətdir. Bu ərazilərdə bərpa, yenidənqurma işləri həyata keçirilir, hava limanları tikilir və istifadəyə verilir. Bütün bunlar gələcəkdə turistlərin sayının artmasına imkan verən amillərdir”.
G.Qəhrəmanov qeyd edib ki, eyni zamanda digər turizm şirkətləri də müraciət edərək Qarabağa səfərlər təşkil edə bilər.
Yanvar-may aylarında paytaxtda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 faiz artıb
Dövlət torpaqlarının icarəsində rekord artım: Müqavilələrin sayı 12 min 900-ə çatıb
Dövlət balansındakı bəzi aktivlərin idarə olunmasına obyektiv çətinliklər mane olur - Əziz Mirzəyev