2019-cu ilin rəqəmləri ilə müqayisədə turistlərin Azərbaycana gəlişində 14 %-lik geriləmə mövcudur.
“İki sahil” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının 4-cü assambleyasında deyib.
K.Qasımov 2024-cü ilin ölkənin turizm sektorunda həlledici illərdən biri olacağını diqqətə çatdırıb.
"Hesab edirik ki, bu il 2019-cu ilin rekord göstəricisinə çatacağıq. Cari ilin 4 ayının gostəriciləri bunu deməyə əsas verir. Nəzərə almaq lazımdır ki, əldə olunan irəliləyişlər məhdudiyyətlər şəraitində baş verir. Bununla belə qarşıdakı illərdə turizm sektorunun inkişaf yoluna qədəm qoyacağına umidliyik”,- deyə, o qeyd edib.
Yanvar-may aylarında paytaxtda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 faiz artıb
Dövlət torpaqlarının icarəsində rekord artım: Müqavilələrin sayı 12 min 900-ə çatıb
Dövlət balansındakı bəzi aktivlərin idarə olunmasına obyektiv çətinliklər mane olur - Əziz Mirzəyev