14 may 2024 13:03
500

Yaşıl dünya naminə: “Sıfır tullantı” layihəsinə daha bir beynəlxalq mükafat

Prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın himayəsi ilə qlobal brendə çevrilən “Sıfır Tullantı” layihəsi Aralıq dənizi ölkələri Parlament Assambleyasının mükafatına layiq görülüb. Mükafatı mayın 15-də Portuqaliyanın Braqa şəhərində keçiriləcək mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan adından ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki alacaq.

Yaşıl dünya hərəkətinin öncüsü olmaq üçün güclü addımlar atan Türkiyə mühüm layihələri ilə Avropada təqdir olunmağa davam edir. Əminə Ərdoğanın təşəbbüsü ilə 2017-ci ildə başlanan və dünya brendinə çevrilən “Sıfır Tullantı” layihəsi də onlardan biri olub. Tullantıların istehsalının azaldılması, təkrar emalın təşviq edilməsi və təbii ehtiyatların qorunması ilə daha təmiz, daha inkişaf etmiş və davamlı bir Türkiyə yaratmaq səyləri istiqamətində başladılan və uğurla həyata keçirilən “Sıfır Tullantı” layihəsi Aralıq dənizi Parlament Assambleyası tərəfindən mükafata layiq görülüb.

Braga Konfrans Salonunda baş tutacaq mərasimdə çıxış edəcək nazir Mehmet Özhaseki “Sıfır Tullantı”, iqlim böhranı, milli parklar, Türkiyə Karbon Bazarının İnkişafı Layihəsi kimi mövzularda görülən işlərlə bağlı ətraflı məlumat verəcək.

Orxan Vahidoğlu, "İki sahil"